“Qarabağ”ın əvəzedici komandasının məşqində futbolçumuzun ürəyi dayanıb. Bu barədə Oxu.az 22 aprel tarixində məlumat verib.
Müdafiəçi Ş.Hüseynzadə məşq zamanı birdən yerə yıxılıb. Bundan sonra 20 yaşlı futbolçu paytaxtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib.
Onu hələ də ayıltmaq mümkün olmayıb.
Azərbaycan U-21 millisi üzvünün həyatı üçün təhlükənin olduğu bildirilir.