"Minatəmizləmə əməliyyatlarında istifadə üçün Azərbaycana siçovullar gətiriləcək". Bu barədə 17 noyabr tarixində APA Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanova istinadən məlumat verib.
O bildirib ki, dünyada mina axtarışlarında siçovullardan istifadə təcrübəsi var və ANAMA da bunun üzərində çalışır: "İlkin planlara görə, növbəti ilin martında test məqsədilə bu siçovullardan Azərbaycana da gətiriləcək. Əgər effektiv olsa, onlardan da istifadə edəcəyik”.
“Hazırda minatəmizləmə əməliyyatlarında itlərdən istifadə edirik. Bu itlər bizə kifayət qədər dəstək verir", - deyə sədr qeyd edib.