Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub. Bu barədə 6 mart tarixində Report məlumat verib.
Şəhid baş leytenantın cənazəsi Neftçala şəhər qəbiristanlığında, Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, K.Hüseynov Neftçala şəhərində anadan olub. O, subay idi.