Mingəçevirdə mağazadan 9 min manatlıq oğurluq edilib. Bu barədə aprelin 5-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə aprelin 2-də şəhər ərazisindəki mağazaların birində qeydə alınıb. 7085 manat pul, 2300 manat dəyərində müşahidə kamerası və yaddaş kartı oğurlanıb.
Oğurluqda şübhəli bilinən E.Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.