Mingəçevir şəhərində 52 yaşlı kişi intihar edib. Bu barədə 18 noyabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 17-də şəhərin Nizami küçəsi, 21-də yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Əliyev Əli Eyyub oğlu gecə saatlarında yaşadığı mənzildə özünü iplə asıb.
Faktla bağlı araşdırma aparılır.