Mingəçevir şəhərində evdə 65 yaşlı qadın meyiti tapılıb. Bu barədə 1 fevral tarixində Report məlumat verib.
Bu gün səhər saatlarında şəhər ərazisində yerləşən evlərin birində 1958-ci il təvəllüdlü Pərvanə Hüseynovanın meyiti aşkarlanıb.
İlkin araşdırma zamanı məlum olub ki, qadının üzərində zorakılıq əlamətləri yoxdur.
Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.