Mingəçevir su anbarında reydlər keçirilib. Bu barədə noyabrın 16-da APA xəbər yayıb.
Belə ki, Alazan adlanan ərazidən Ayı Buxtası adlanan əraziyə kimi olan məsafədə quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular sudan çıxarılıb və qanuna müvafiq qaydada tədbirlər görülüb.
Monitorinq zamanı balıq ovu ilə məşğul olan Yevlax şəhər sakinləri Nicat Əliyev və İlqar Məmmədov saxlanılıb. Onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri onların diqqətinə çatdırılmaqla xəbərdarlıq edilib.