Mingəçevir şəhərində azyaşlı qız zəhərlənərək ölüb. Bu barədə Report 19 aprel tarixində xəbər verib.
Şəhər sakini, 10 yaşlı Leyla Quluzadə zəhərlənmədən xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, azyaşlı dərman vurulmuş ağacdan alça yedikdən sonra zəhərlənib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.