Mingəçevirdə 16 yaşlı gənc həmyerlisini bıçaqlayıb. Bu barədə 4 mart tarixində Report məlumat verib.
Belə ki, ötən gün saat 21:15 radələrində 2007-ci il təvəllüdlü şəhər sakini İsmayılov Yusif Sadiq oğlu A.Məmmədov küçəsində - avtomobil yolunun kənarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsmayılov Səfər Yusif oğlunun kürək nahiyəsinə ümumilikdə 4 xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.