Mingəçevirdə kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib. Bu barədə Oxu.az 20 fevral tarixində məlumat verib.
Şəhərin “Mingəçevir kəndi” adlanan ərazisində mübahisə zamanı ilkin ehtimala görə, 19 yaşlı Fazil Hüseynzadə üzərində gəzdirdiyi bıçaqla 31 yaşlı Rauf Məmmədova xəsarət yetirib.
Faktla bağlı Mingəçevir ŞPİ-də Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.