Mingəçevir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə dekabrın 7-də Report xəbər yayıb.
Belə ki, avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Həşimova Həqiqət Həsrət qızını vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona dol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.