Mingəçevirdə 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Bu barədə Yeniavaz.com xəbər yayıb.
Tədbir Heydər Əliyev meydanında keçirilib. İştirakçılar arasında icra başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və mətbuat işçiləri olub.
Mərasimdə üçrəngli bayrağımıza həsr olunmuş şeirlər səsləndirilib, mahnılar və rəqslər ifa olunub.