Mingəçevirdə iki avtomobil toqquşub. Bu barədə 14 yanvar tarixində APA məlumat verib.
Belə ki, rayonun Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” və Əhməd Əhmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində hər iki sürücü və nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. “QAZ-3110” markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.