Mingəçevirdə dəmir və taxta konstruksiyalardan ibarət vaqon tipli otaq yanıb. Bu barədə 16 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hadisə həyətyanı ərazidə qeydə alınıb. Ümumi sahəsi 18 kv.metr olan tikili və içərisində olan ev əşyaları yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub.
Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.