Mingəçevir şəhərində mərkəzi küçədə yerləşən park yararsız hala salınıb. Bu barədə İnsanoid bu gün, 30 mart tarixində xəbər verir.
Yaşıllıq ərazidə bəzək məqsədilə quraşdırılmış heyvan heykəllərinin müxtəlif yerləri sındırılıb, projektorlar sıradan çıxarılıb.
Şəhərin xarici görünüşünə zərər yetirən bu əməllərin kimlər tərəfindən törədilməsi məlum deyil.