Şəmkirdə 1 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Y. Axundov hakim qarşısına çıxarılır. Bu barədə martın 31-də Report məlumat yayıb.
Hadisə ötən ilin noyabrında Bakı-Qazax avtomobil yolunda qeydə alınıb. Belə ki, Y. Axundovun idarə etdiyi minik avtomobili aşıb. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Xəyal İsmayılov ölüb, daha 2 nəfər isə xəsarət alıb. Y. Axundova Cinayət Məcəlləsinin “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsilə cinayət işi başlanılıb.