Bu gün 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.
Bu barədə 25 noyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
“Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”,-məlumatda bildirilib.