Noyabrın 18-i saat 12:50-də Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə 19 noyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
Atəş Ermənistan silahlı qüvvələri bölmələrinin İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən açılıb.
Bundan başqa, saat 17:10-da Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
“Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, - məlumatda bildirilib.