top
MTİ-yə qəbul olan azərbaycanlı qız: “Həvəsdən düşməyin, sona qədər gedin”
13 aprel 2023, 05:33
- ↺ +

MTİ-yə qəbul olan azərbaycanlı qız: “Həvəsdən düşməyin, sona qədər gedin”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Hamıya demək istəyirəm ki, həvəsdən düşməsinlər, sona qədər getsinlər”. Bunu dünyanın ən yaxşı universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutuna (MTİ) tam təqaüdlə riyaziyyat fənni üzrə bakalavr səviyyəsinə qəbul olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva deyib.

Bu barədə 13 aprel tarixində Oxu.az məlumat verib.

O, Azərbaycan tarixində MTİ-yə daxil olan iki qızdan biridir. Azərbaycanın riyaziyyat tarixində qızlar arasında ilk qızıl medalın da sahibi odur.

Olimpiadalarda uğurları ilə seçilən Fidan indiyədək Respublika fənn olimpiadasından 3 qızıl, 2 gümüş, beynəlxalq olimpiadalarda 3 qızıl, 6 gümüş, 8 bürünc medal qazanıb.

“Ötən ilin dekabr ayında MTİ-yə qəbul üçün portalda qeydiyyatdan keçib, sənədlərimi göndərmişdim. Martın 15-i cavablar çıxanda çox həyəcanlı idim, ailəmlə birlikdə səbirsizliklə gözləyirdik. Adımı görəndə çox sevindim.

Əsas hədəfim Massaçusets Texnologiya İnstitutu idi. Çünki orada texnologiya elminin tədrisi çox güclüdür. Mən də kompüter elmləri, riyaziyyat üzrə təhsil almaq istəyirdim. Bu qərarı verməyimdə atamın məsləhətini də vurğulamalıyam. Həm bu qərarda, həm də mənim riyaziyyata yönəlməyimdə atamın böyük rolu var. Atam özü riyaziyyatçı alimdir ”, - deyə Fidan Qarayeva bildirib.

Onun sözlərinə görə, o, qardaşı və bacısı Meksikada doğulublar: “7-ci sinfə qədər Meksikada oxumuşam, daha sonra anamla Bakıya gəldik, atam hazırda da orada yaşayır, bura tətil zamanı gəlir”.

“Mən heç vaxt həvəsdən düşməmişəm. Həmişə irəli getmişəm. Hamıya demək istəyirəm ki, həvəsdən düşməsinlər, sona qədər getsinlər”, - tələbə əlavə edib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Oxşar xəbərlər