Bakıda narkoloji dispanserdə bıçaqlanma hadisəsi baş verib. Bu barədə Report 19 aprel tarixində xəbər verib.
Aprelin 18-də paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserində məhkəmə qərarları əsasında məcburi müalicə alan 37 yaşlı S.Əzizov heç bir əsaslı səbəb olmadan mətbəx otağında nahar edən 44 yaşlı Ə.Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarətləri yetirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.