Narkotik qarşılığında xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 23 fevral tarixində məlumat verir.
Saatlı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdiyi tədbir zamanı Ağcabədi rayon sakinləri Azər Həsənli və Həsən Hüseynov rayonun Sarıcalar kəndi ərazisində saxlanılıblar.
Həmin şəxslərdən təmiz çəkisi 2 kiloqram 55 qram olan narkotik vasitə - heroin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkokuryerlik etdiklərini etiraf ediblər.
Araşdırmalar zamanı A.Həsənlinin və H.Hüseynovun kənd ərazisində gizlədilən narkotik vasitələri götürərək Bakı şəhərində qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib. Həmin narkotacir isə narkokuryerlərə bunun müqabilində 50 qram heroin verəcəyini vəd edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.