Naxçıvanda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə aprelin 4-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə aprelin 2-də Culfa şəhərində baş verib. Şəhər sakini Z.Səmədov idarə etdiyi “NazLifan LF” markalı avtomobillə yolu keçən həmyerlisini vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.