Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb. Bu haqda APA məlumat yayıb.
Hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib. Xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib. Yaralı reanimasiyaya yerləşdirilib.
Qeyd edilib ki, ölənlər məktəbin inşaat işində çalışanlar olub.