Naxçıvan əhalisi də Türkiyədəki qardaşlarımız üçün birləşib. Bu barədə İnsanoid bu gün, 8 fevral tarixində xəbər verir.
Muxtar Respublikada insanlar zəlzələdən zərər görən qardaş ölkənin vətəndaşlarına yardım toplayırlar. Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna insan axını dayanmaq bilmir.
Türkiyənin 10 vilayətində baş vermiş zəlzələdə ölən insanların sayı 5 895-ə, yaralı sayı isə 34 810 nəfərə çatıb. 10 vilayətdə 3 ay müddətində fövqəladə hal elan edilib.
[video width="480" height="848" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/02/video-insanoid.mp4"][/video]