Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalara başlanılıb. Bu barədə 4 fevral tarixində APA məlumat verib.
Məlumata əsasən, Nazirlikdə ötən il dekabr ayının 14-də başlayan yoxlamalara bir müddət öncə ara verilmişdi.
Qeyd olunub ki, Naxçıvan MR maliyyə naziri Rafael Əliyev ötən il noyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
O, Bakıya gətirilib, Səbail rayon məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.