Naxçıvanda iki taksi toqquşub. Bu barədə 26 yanvar tarixində Apa məlumat verib.
Hadisə şəhərin İdris Məmmədov (Şahab məhəlləsi) küçəsində qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən taksi fəaliyyəti ilə məşğul olan iki "NAZ Lifan" markalı avtomobil toqquşub. Sürücülər yüngül xəsarət alıblar. Avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.