Naxçıvan televiziyası və radiosunun yerüstü və rəqəmsal yayımında fasilə yaranıb. Bu barədə Report 20 fevral tarixində xəbər verib.
Fasilə Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzində aparılan texniki yeniləmələrlə əlaqədardır.
Yayım İP televiziya və internet vasitəsilə kəsintisiz həyata keçirilir.
Yeniləmələr bitdikdən sonra yerüstü və rəqəmsal yayım bərpa olunacaq.