Naxçıvan Muxtar Respublikasında yeganə özəl universitet olan "Naxçıvan" Universitetinə yeni rektor təyin edilib. Bu barədə Report 2 fevral tarixində məlumat verib.
Təsisçinin imzaladığı müvafiq Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.
Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışmış A.Kazımov bu gün kollektivə təqdim edilib.
Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.
Dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universitetində çalışırdı.