İki hərbçimiz Naxçıvan istiqamətində itkin düşüb. Bu barədə İnsanoid bu gün, 10 aprel tarixində məlumat verir.
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.
AzFront-un yazdığına görə, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bir hərbçisinin həbs olunduğu və guya onunla olan digər hərbçinin isə axtarışda olduğu barədə məlumat yayıb.