Naxçıvanda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA 27 fevral tarixində məlumat verib.
Şəhərin kafelərindən birində ("Bir Bakal") Naxçıvan şəhər Qaraxanbəy kənd sakini 27 yaşlı Məhəmməd Mustafayev münaqişə zəminində tanışı Araz Nemətoğlu tərəfindən bıçaqlanıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Təqsirli bilinən şəxs isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.