Naxçıvanda 31 yaşlı qadın intihar edib. Bu barədə noyabrın 9-da Lent.az məlumat yayıb.
Hadisə Şərur rayonunda baş verib. Bir uşaq anası olan Əfsanə Nəcəfova özünü asaraq həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.