Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında araşdırmaya başlaması barədə məlumatlar yayılıb. Bu barədə İnsanoid tanınmış jurnalist Heydər Oğuza istinadən 16 dekabr tarixində xəbər verir.
Onun sözlərinə görə, dövlət xəstəxanasının baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nin Naxçıvan Baş İdarəsinə aparılıblar.
Onların maliyyə yoxlamaları ilə bağlı saxlanıldığı qeyd edilib.