Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavinləri işdən çıxarılıblar. Bu barədə Report 10 aprel tarixində xəbər verib.
Bu gün muxtar respublikanın Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun imzaladığı sərəncamlara əsasən, Samrat Nurəddin qızı Gəncəyeva və Zeynəb Natiq qızı Mənsimova Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsindən azad ediliblər.