Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlanılıb. Bu barədə Apa.az 17 fevral tarixində məlumat verib.
Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov məlumatı təsdiq edib. O bildirib ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il iş planına əsasən, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin, dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır.
Yoxlamalar 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə edir. Fevralın 15-də başlanan yoxlamalar 18 mart tarixinədək keçiriləcək.
Hazırda Naxçıvan Beynəlxalq hava limanında da yoxlamalar aparılır.