Naxçıvanda dəm qazının sızması ölümə səbəb olub. Bu barədə 3 aprel tarixində APA məlumat verib.
Hadisə dünən Naxçıvan şəhərində qeydə alınıb.
Belə ki, evdə dəm qazının sızması nəticəsində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin laborantı, 1977-ci il təvəllüdlü Hüseynova Aynurə Cavanşir qızı zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.