Naxçıvan dəmiryol stansiyası ərazisindəki kafedən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 31 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Polisə verilən məlumata görə, dekabrın 28-nə keçən gecə Naxçıvan dəmiryol stansiyası ərazisindəki kafelərin birindən 527 manat pul oğurlanıb. Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən şəhər sakini T.Fərəczadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.