Naxçıvan şəhərindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 31 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Polisə verilən məlumata görə, dekabrın 24-də şəhər ərazisindəki evlərin birindən televizor, kondisioner, kompüter, 3 ədəd xalça, qab-qacaq və balansında 3000 manat pul olan bank kartı oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən şəhər sakini İ.Cəfərzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.