Naxçıvan şəhərində 5 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. Bu barədə APA 7 mart tarixində xəbər verib.
Bu gün səhər saatlarında məktəbin yuxarı mərtəbəsində qırılan pəncərə şüşəsi binanın önünə toplaşan şagirdlərin üstünə tökülüb. Hadisə nəticəsində məktəbin şagirdləri - 2014-cü il təvəllüdlü Gülər Mikayılova və bacısı, 2007-ci il təvəllüdlü Aytac Mikayılova xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.