Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində yerləşən ticarət mərkəzindəki telefon mağazalarından ümumilikdə 42 ədəd İMEİ kodları saxtalaşdırılaraq dəyişdirlimiş mobil telefonlar aşkarlanaraq götürülüb. Bu barədə 8 fevral tarixində Report məlumat verib.
Telefon satışı ilə məşğul olan Toğrul Ələkbərov, Heydər Hümbətov, Məhəmməd Məmmədov, Fizuli Nəsirov və Teymur Qalayev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.