Naxçıvanda körpənin ölü doğulması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə İnsanoid Naxçıvan Muxtar Respublikası Prokurorluğuna istinadən bu gün, 15 fevral tarixində xəbər verir.
Belə ki, Babək rayon sakini, 2000-ci il təvəllüdlü Zenfira Quliyevanın Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində körpəsinin ölü doğulması faktı ilə bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Xəstəxananın həkimlərinin tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində davam etdirilir.