Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 1 mart tarixində APA məlumat verib.
Belə ki, Şahbuz rayon Külüs kənd sakini Sadiq Şıxəliyevin idarə etdiyi avtomobil işə gedən 1975-ci il təvəllüdlü ana, Nəcəfova Mərcan Bağır qızı və oğlu, 2003-cü il təvəllüdlü Nəcəfov Anar Qəmbər oğlunu vurub. Qəza nəticəsində M.Nəcəfova ölüb.
A.Nəcəfov isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.Naxçıvanda maşın ana və oğlunu vurub, ölən var