Dekabrın 31-də Naxçıvan şəhərində yerləşən ticarət mərkəzlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən İnsanoid-ə verilən məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 43 yaşlı şəhər sakini Günay Hüseynova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar davam etdirilir.