Naxçıvanda oğurluq edən şəxslər saxlanılıblar. Bu haqda 10 fevral tarixində Report məlumat verib.
Hadisə Sədərək rayonunun Dəmirçi kəndində qeydə alınıb. Kənd sakinləri - Bəhman Hüseynəliyev və Elnur Fərəcov şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Onların müxtəlif vaxtlarda kənd ərazisindən oğurladıqları ev quşları və elektron avadanlıqlar maddi sübut kimi götürülüb.
Araşdırma aparılır.