Naxçıvan şəhərində yol qəzası baş verib. Bu barədə Apa 20 fevral tarixində məlumat verib.
Bu gün şəhərin Nizami küçəsində "Kia" markalı avtomobil yolu keçən 21 yaşlı Culfa rayonunun Ərəzin kənd sakini Səmanə İmanovanı vurub.
Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.