Naxçıvan şəhərində kirayədə yaşayan 2 tələbə qız dəm qazından zəhərlənib. Bu barədə Apa 16 yanvar tarixində məlumat verib.
Kəngərli və Şərur rayon sakinləri 21 yaşlı Nurgül Qasımova və 23 yaşlı Ayşən İsmayılova hamamda dəm qazının sızması nəticəsində zəhərləniblər.
Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.
Faktla bağlı araşdırma aparılır.