Naxçıvan şəhərinin Əliabad qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin zirzəmisinə yağış yağması nəticəsində su dolub. Bu barədə İnsanoid FHN-in Mətbuat Xidmətinə istinadən bu gün, 13 aprel tarixində xəbər verir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış evin zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
[caption id="attachment_112297" align="alignnone" width="696"]
Foto FHN-nin rəsmi Youtube kanalı[/caption]