Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara satmaqda şübhəli bilinən şəxslər müəyyən ediliblər. Bu barədə 28 yanvar tarixində Report məlumat verib.
Rayon sakinləri - Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilərək qida üçün yararsız məhsullar satışdan çıxarılıb.
Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
[gallery link="file" size="full" ids="103448,103446,103449"]