Naxçıvan MR-in Babək rayonunun Kərimbəyli kəndində dəm qazından zəhərlənmə olub. Bu barədə 26 yanvar tarixində APA məlumat verib.
Kənd sakini, 2009-cu il təvəllüdlü Şahnaz Vəliyeva yaşadığı evin hamamında dəm qazının sızması nəticəsində zəhərlənib. Yeniyetmə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağla araşdırma aparılır.