Naxçıvandan Türkiyəyə fevralın 8-dən 13-dək 52 TIR humanitar yardım göndərilib. Bu barədə 14 fevral tarixində Report məlumat verib.
Naxçıvan Muxtar Respublikasındakı qurumlar, təşkilatlar, sahibkarlıq subyektləri və muxtar respublika sakinləri tərəfindən zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım məqsədilə ötən müddət ərzində müxtəlif nəqliyyat vasitələri ilə kişi, qadın, uşaq paltarları, uşaq bezləri, adyallar, müxtəlif növ ərzaq məhsulları, müxtəlif ölçülü xalçalar, döşək dəstləri, qızdırıcı sobalar, elektrik plitələri, əl fənərləri və digər zəruri avadanlıqların Türkiyədə zəlzələ bölgəsinə göndərilməsi təmin edilib.
Naxçıvandan Türkiyəyə göndərilən humanitar yardımın ümumi dəyəri 14 milyon 774 min 631 manat təşkil edir.