Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov vətəndaş qəbulu keçirib. Bu barədə 24 fevral tarixində Report.az məlumat verilib.
Görüş Şahbuz RPŞ-nin inzibati binasında baş tutub. Burada nazir 44 vətəndaşın müraciətini dinləyib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.